Prezident NATO-da Qarabağ problemini qaldırdı

0
587

“Bizim region üçün ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir. Ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bir milyona yaxın qaçqınımız var”

Arazindo.com AzVision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezident diqqətə çatdırıb ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.

“Səsləndirdikləri bəyanatlara baxmayaraq, Ermənistan münaqişə bölgəsində status-kvonu saxlamaq niyyətindədir. Lakin hazırki durumda status-kvo qəbuledilməzdir. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın işğal olunan torpaqlarının qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmir. MünaqişəBMT-nin qətnamələri və Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində öz həllini tapmalıdır” , – deyə prezident vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan NATO-ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

BIR CAVAB BURAXIN