Prezident İlham Əliyev Azərbaycan–Fransız Universiteti layihəsi ilə bağlı sərəncam imzalayıb

0
320

Azərbaycan prezidentiİlham Əliyev “Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, UFAZ layihəsinə cəlb edilən Azərbaycan ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

 

UFAZ layihəsinə cəlb olunan Azərbaycan Respublikası ali təhsil müəssisələri tətbiq etdikləri Fransanın müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna malikdir, maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

 

Nazirlər Kabinetinə isə UFAZ layihəsi çərçivəsində dövlət hesabına təhsil alan tələbələrin sayını hər il müəyyən etmək, habelə UFAZ layihəsinə cəlb olunacaq ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etmək tapşırılıb.

Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × 1 =