Prezident Davosda 30-dan artıq görüş keçirəcək

0
522

 

“Davos İqtisadi Forumu dünəndən işə başladı. Forumda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan Prezidenti 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb: “Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”.

BIR CAVAB BURAXIN