Prezident: “Arvadımın yeri mətbəxdədir”

0
356

Nigeriya prezidenti Muhammad Buxari arvadının Nazirlər Kabinetinin tərkibini dəyişməklə bağlı tələbini kinayə ilə şərh edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, Almaniyaya səfəri zamanı deyib:

 

“Mən bilmirəm, arvadım hansı partiyaya məxsusdur, ancaq mənim üçün onun yeri mətbəxdədir, qonaq otağındadır və bir də o biri otaqdadır”.

Prezidentlə yanaşı dayanan Almaniyanın kansleri Angela Merkel bu fikirləri eşidəndə ona baxaraq gülümsəyib.

 

Nigeriyanın birinci ledisi Aişa Buxari əri prezident Mohammad Buxari hökumətin strukturunu dəyişməsə növbəti seçkilərdə onu dəstəkləməyəcəyi ilə hədələyib.

Birinci ledinin fikrincə, prezident, məsələn, özü təyin etdiyi 50 nəfərdən 45-ni tanımır.

 

“Mən də onları tanımıram, buna baxmayaraq, mən artıq 27 ildir onun arvadıyam”, – o, bəyan edib.

Birinci ledinin sözlərinə görə, bu adamlar ərinin və onun rəhbərlik “Proqressiv dəyişiklik uğrunda konqres” partiyasının fikirlərini bölüşmürlər.

 

Bundan əlavə, onun fikrincə, onların təyin olunmasının arxasında bir neçə nəfər dayanıb. Buxari əmindir ki, bu vəzifələri alan adamlar, sadəcə olaraq “hakimiyyəti oğurlayıblar”.

Ancaq o, istefaya göndərilməli məmurların adlarını çəkməyib.

Onun sözlərinə görə, kimlərdən söhbət getdiyini başa düşmək üçün televizora baxmaq kifayətdir.

 

Birinci ledi əmindir ki, prezident onu seçkilər zamanı dəstəkləyən adamların rəyinə qulaq asacaq.

Aişa Buxari hədə-qorxu gələrək deyib ki, əgər əri hökumətin tərkibini dəyişdirməsə, o, seçki kampaniyasında iştirak etməyəcək və qadınları da ona səs verməyə çağırmayacaq.

 

Modern.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 + six =