Premyer Liqa təmsilçisində yeni baş məşqçi

0
512

İngiltərə Premyer Liqa təmsilçisi “Everton”un yeni baş məşqçisi bəlli olub.  Ronald Kumanın qovulmasından sonra boş qalan posta Sem Ellerdays təyin olunub. Klubdan verilən açıqlamada ingilis mütəxəssislə 2019-cu ilin iyun ayına kimi müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, hazırda aktivində 12 xal olan Liverpul təmsilçisi turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.Apasport

BIR CAVAB BURAXIN