Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu

0
2257

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüşü olub. Görüşün əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və dayanıqlı sülhə doğru addım atmaq olub. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər.

Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirdi və MDB-nin yaradılmasını elan edən sənəd kimi qiymətləndirilir. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

“Onlar təsdiqləyiblər ki, oktyabrın sonunda sərhəd komissiyalarının Brüsseldə keçiriləcək növbəti iclasında bu razılaşma sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq”

Erməni tərəfi bütün imkanlardan yararlanaraq sülh prosesini əngəlləməyə çalışır. Biz bunu əyani şəkildə görürük. Sentyabrın 12-14-də baş vermiş erməni təxribatı məhz bunun birbaşa sübutudur. Amma bütün bunların fonunda bir neçə gün öncə Prezident İlham Əliyevin humanist davranışı nəticəsində əsir düşmüş 17 erməni hərbçisi ölkəsinə qaytarıldı. Eyni zamanda dövlət başçısının Ağdamda təşkil edilən Milli Şəhər Forumundakı çıxışı, səsləndirdiyi tezislər xüsusilə diqqəti cəlb edir. Nəhayət Praqa görüşü və əldə edilən nəticələr ümidverici hesab edilir. Dövlət başçısı bundan öncəki çıxışlarında da vurğulamışdı ki, bu, çətin olacaq. Bu, delimitasiya və demarkasiya məsələləri ilə bağlı olan proseslərdir. Çünki bizə qarşı tək Ermənistan deyil, onun arxasında dayanan qüvvələr də masa arxasındadır. Bu baxımdan danışıqlar heç də asan keçmədi. Amma buna baxmayaraq ümidliyik. Çünki mövqeyimiz güclü, sözümüz keçərlidir. Əminik ki, müsbət nəticələr əldə olunacaq.

Praqa görüşündə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın işinin tezliklə keçirilməsi razılaşdırılıb.Bu da Azərbaycanın maraqlarına cavab verir. Çünki uzun müddətdir ki, Azərbaycan tərəfi sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirə aparırdı. Nəhayət ki, bu məqsədə də nail olunub. Azərbaycanın növbəti dəfə diplomatik qələbə qazanmasını tam əminliklə söyləyə bilərik. Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmamasına gəldikdə isə onu deyə bilərəm ki, bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənir. Bunun da reallaşması üçün müvafiq addımlar atılır. Praqa görüşünün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan öz məqsədlərinə doğru inamla addımlayır.Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsi artıq demək olar ki, hazırlanır. Avropa, Rusiya, ABŞ da bunu dəstəkləyir. Cənab Prezident irəli sürdüyü prinsiplərin yerinə yetirilməsi üçün qətiyyətli mövqe ortaya qoyur və nəticələr əldə edir. Münasibətlər bu cür davam etsə, tezliklə birdəfəlik sülh sazişi imzalanacaq və

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov