Pompeo senata namizədliyini irəli sürəcək

0
300

ABŞ dövlət katibi Mayk Pompeo 2020-ci ildə senata öz namizədliyini irəli sürmək niyyətindədir.

Arazinfo.com-un  verdiyi xəbərə görə, bu barədə Politico qəzeti məlumat yayıb. Məlumata görə Mayk Pompeo senata namizədliyini Kanzas ştatından irəli sürəcək. Belə ki, Kanzasdan senata seçilən Pet Robertson gələn il təqaüdə çıxmağı planlaşdırıb. Öz növbəsində respublikaçılar da Pompeonun senata namizədliyini dəstəkləyiblər. Qeyd edək ki, ötən gün senatda səlahiyyət müddəti başa çatan Con Makkeynin yerinə də  respublikaçılar öz namizədlərini müəyyənləşdiriblər.