Polşa Donald Tusku Aİ-də Almaniyanın təmsilçisi hesab edir

0
462

Avropa Şurasının sədri Donald Tusk Polşanın Avropa İttifaqındakı (Aİ) təmsilçisi hesab edilmir.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Polska Times nəşrinə verdiyi müsahibədə Polşa Xarici işlər naziri Yatsek Çaputoviç deyib: “Biz Donald Tuskun legitimliyini şübhə altına almırıq, ancaq eyni zamanda onu Aİ-də Polşa təmsilçisi də hesab etmirik”.

Nazir xatırladıb ki, 2017-ci ildə Avropa Şurası rəhbərliyinə keçirilən seçkilərdə Polşa Yatsek Sariuş-Volskinin namizədliyini irəli sürmüşdü. Tuskun namizədliyi isə o vaxt quruma rəhbərlik edən Malta tərəfindən gündəmə gətirilmişdi: “Seçkilərlə bağlı sammitin keçirilməsinə bir neçə saat qalmış Angela Merkel Bundestaqdakı çıxışında öncədən bəyan etdi ki, Tusk Avropa Şurasının rəhbəri seçilib. Onun belə bir açıqlaması Tuskun Almaniyanın təmsilçisi olması təsiri bağışladı. Həqiqətən də qeyri-formal şəkildə Tusk Avropa Şurasının rəhbəri kimi Polşanın deyil, Almaniyanın təmsilçisi təsiri bağışlayır”.