Artıq idman növündən çox, əlverişli ticarət vasitəsinə çevrilən futboldan daha çox gəlir əldə etmək məqsədilə müxtəlif vasitələrə əl atılır.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ali futbol qurumu olan FİFA 2021-ci ildə etibarən planetin çempionlar liqasını təşkil etmək istəyir.
Burada Avropanın nəhəng klubları ilə get-gedə böyük pulların hesabına böyüməkdə olan Çin, ABŞ, Avstraliya, Yaponiya, Kanada klubları ilə eyni turnirdə yarışacaqlar. Bu isə daha böyük pulların dövretməsinə səbəb olacaq.