PKK Qərbə yalvardı: Bizi Türkiyədən qoruyun

0
683


 

Bu gün Türkiyə Suriyaya qarşı hava əməliyyatı keçirdi, kim bilir, sabah nə edəcək!

Axar.az xəbər verir ki, bu sözləri Sputnik-ə YPG terror təşkilatının qadın qolu olan YPJ-nin nümayəndəsi Nəsrin Abdullah deyib.

“Biz hava hücümlarına qarşı qalxanlar istəyirik. Müdafiə zəmanəti tələb edirik. Bu gün Türkiyə hava əməliyyatı keçirdi, kim bilir, sabah nə edəcək! Koalisiya bu barədə qabaqcadan tədbirlər görməli və bizim azad etdiyimiz yerləri qorumalıdır”, – deyə o açıqlamasında söyləyib.

Abdullah Türkiyənin hava zərbələrinin Suriya daxilində böhran yaradacağını bildirib. O, bu məsələdə koalisiya qüvvələrindən hərbi yardım istəyib.

Qeyd edək ki, dünən Astanada Suriyada 4 təhlükəsizlik zonasının yaradılması haqqında Rusiya, Türkiyə və İran arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.

Suriyalı müxaliflər memorandum qarşı çıxıblar.

 

BIR CAVAB BURAXIN