PKK-nın Türkiyəyə Ermənistan üzərindən hücum cəhdi

0
488

Şimali İraq üzərindən Qara dənizə keçmək cəhdi alınmayan PKK-nın yeni planı ifşa edilib.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK-nın Ermənistandakı düşərgələrində fəaliyyət göstərən terrorçuları xüsusilə sol terror təşkilatlarının sıx məskunlaşdığı Ağrı, Bingöl, Tunceli və Tokat üzərindən Qara dəniz dağlarına sızmasına çalışdığı ortaya çıxıb. Məlumata görə, PKK-nın Ermənistandakı düşərgələrində olan terrorçular artıq sərhədi keçirərək Tendürek dağında mövqe tutublar.

Bildirilir ki, Türkiyə güc strukturları tərəfindən bölgədə təhlükəsizliyin təminatı üçün lazım olan tədbirlər həyata keçirilir.

BIR CAVAB BURAXIN