Peterburq metrosunda terror aktında yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi

0
551
 

Sosial şəbəkələrdə yayılmış xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində dünən metroda törədilmiş terror aktı nəticəsində yaralanmış azərbaycanlı qız dünyasını dəyişib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.

Xatırladaq ki, dünən yerli vaxtla sat 14:30-da Sankt-Peterburq metrosunda vaqonlardan birində kamikadze üzərində olan partlayıcı qurğunu işə salıb. Nəticədə, 11 nəfər həlak olub. daha 30-a yaxın adam yaralanıb.

Terror aktını törətmiş şəxs, ilkin məlumatlara görə, 23 yaşlı Qazaxıstan vətəndaşı Maksim Aşirevdir.

BIR CAVAB BURAXIN