Pentaqonun şefi istefaya getmək niyyətində deyil

0
459

ABŞ-ın Müdafiə naziri Ceyms Mettis istefaya gedəcəyi barədə yayılan məlumatları təkzib edib.

Arazinfo-nun Mediainfo.az-a istinadən verdiyi məlumata görə, o bununla bağlı yayılan məlumatları ciddi qəbul etmədiyini bildirib: ” Mən istefaya getməyə hazırlaşmağımla bağlı yayılan məlumatları yumor kimi qəbul edir və buna gülürəm. Bütün bunlar boş-boş söhbətlərdən başqa bir şey deyil”.

Xatırladaq ki, ötən həftə “Nyu-York Tayms” qəzeti Mettislə Tramp arasında narazılıqların olduğunu və nəticədə Pentaqon rəhbərinin istefaya göndəriləcəyi barədə məlumat yaymışdı.

 

BIR CAVAB BURAXIN