Pentaqonun şefi Ceyms Mettisin istefasi gözlənilir

0
472

Pentaqonun şefi Ceyms Mettislə prezident Donald Tramp arasında ciddi narazılıqlar əmələ gəlib.

Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi xəbərə görə bu barədə “Los-Angeles Tayms” qəzeti Pentaqondakı və Ağ evdəki yüksək vəzifəli məmurlardan birinə istinadən bildirib. Qəzetin yazdığına görə, Tramp Pentaqonun indiki rəhbərinin ona sadiq olmadığı qənaətinə gəlib və onu bu vəzifədə əvəz etməyə layiq namizəd axtarır.

Ceyms Mettis isə Trampın qalmaqallı bəyanatlar verərək NATO üzrə öz müttəfiqləri ilə qarşıdurmaya getməsindən narazıdır və bunu artıq gizlətmir. Belə bir vəziyyət davam edəcəyi təqdirdə yaxın gələcəkdə Mettisin tutduğu vəzifəsindən istefa verməkdən başqa çarəsi qalmayacaq.

 

 

 

 

 

BIR CAVAB BURAXIN