Paşinyanın maskalıları Yerevanda Rusiya şirkətinin ofisinə basqın etdi

0
579
Ermənistanda Rusiya Dəmir Yollarına məxsus olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin ofisinə maskalılar basqın edib.
Bu haqda “Baqramyan 26” teleqram kanalı məlumat yayıb. Məlumata görə avqustun 14-də Rusiya Dəmir Yollarının Ermənistan filialının ofisinə Dövlət Gəlirləri Komitəsinin xüsusi təynatlı dəstəsi daxil olub. Axtarış aparılıb, şirkətin sənədləri götürülüb.
Bildirilir ki, “Cənubi Qafqaz Dəmir Yolları” 10 milyon drama yaxın vergi gizlətməkdə şübhəli bilinir. Şirkət artıq xüsusi bəyanatla çıxış edib və vergidən yayınma ittihamının əsassız olduğunu bildirib. Habelə ötən gün avqustun 15-də şirkətin rəhbəri Sergey Valko “güc strukturlarının özbaşınalığından” şikayət etmək üçün baş nazir Nikol Paşinyanla görüşə gedib. Görüşün nəticəsi məlum deyil.(virtualaz.org)

BIR CAVAB BURAXIN