Ermənistan İranla münasibətləri davam etdirəcək və bu məsələdə kimlərinsə deyil, yalnız öz maraqlarımızı nəzərə alasıyıq.
Arazinfo.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri millət vəkillərinin Yerevan-Tehran münasibətləri ilə bağlı sorğusuna cavabında Baş nazir vəzifəsinin icra edən Nikol Paşinyan deyib. O qeyd edib ki, İrana və digər dövlətlərə münasibətdə Ermənistan yalnız özünün milli maraqlarından çıxış edir və onları kiminsə istək və arzuları maraqlandırmır: “Biz milli maraqlarımızı qorumaqda davam edəcəyik. ABŞ, İran Rusiya və digər dövlətlərlə də münasibətlərimizdə də eyni siyasi xət yeridirik”.