Paşinyan parlamentdə 88 yerə malik olacaq

0
263

Ermənistan parlamentinə seçkilərdən sonra  Paşinyanın “Mənim addımım” bloku 132 deputat mandatından 88-ni əldə edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir. Paşinyanın bloku səslərin 70,44 faizini toplayıb.

Respublika Partiyası səslərin  4,7, Daşnaksutun 3,89, İşıqlı Ermənistan 6,37, Çiçəklənən Ermənistan isə 8,27 faizini toplayıb.

İşıqlı Ermənistan parlamentdə 26, Çiçəklənən Ermənistan isə 18 deputatla təmsil olunacaq.