Pakistanda avtobus yanacaq aparan maşınla toqquşub

0
465

Pakistanda dəhşətli avtobus qəzası baş verib.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,  Pakistanın Kəraçi şəhərindən Pancqur istiqamətində gedən avtobus yanacaq aparan maşınla toqquşub. Nəticədə 14 nəfər ölüb, 16 nəfər yaralanıb. Verilən məlumata görə, yaralıların bəzilərinin vəziyyəti olduqca ağırdır. Hazırda müvafiq qurumlar hadisənən baş vermə səbəblərini araşdırırlar.