Pablo Nerudanı öldürüblər? 

0
395

Nobel mükafatı qazanmış Çili şairi Pablo Nerudanın xərçəngdən ölmədiyi ortaya çıxıb.

 

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu beynəlxalq dərəcəli tibb mütəxəssislərindən ibarət heyət Santyaqoda təşkil olunan mətbuat konfransında söyləyib. Aparılan testlərin nəticəsində şairin xərçəngdən vəfat etdiyi xəbərinin düz olmadığı bəlli olub. Xatırladaq ki, 2013-cü ildə məhkəmə qərarı ilə Nerudanın nəşi məzardan çıxarılmış və cəsədin qalıqları mütəxəssislər tərəfindən ekspertiza edilmişdir.  Bu zaman patogenik bir bakteriya aşkarlanmışdı. Alimlər bunun məşhur şairin ölümünə səbəb olduğunu düşünürdülər.

Sosialist lideri Salvador Allendenin dostu və havadarı Pablo Nerudanın Çilidə 1973-cü il general Avqust Pinoçetin liderlik etdiyi hərbi çevrilişdən on iki gün sonra prostat xərçəngindən öldüyü deyilirdi. Nerudanın ölümündən 3 gün əvvəl Mekikadan sığınacaq istədiyi də ortaya çıxmışdı.

Cəsədinin qalıqları keçən il yenidən dəfn olunan Nerudanın keçmiş sürücüsü Manuel Araya şairin xüsusi xidmət orqanları tərəfindən zəhərləndiyini iddia etmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 2 =