Özünü 13-cü mərtəbədən atan qızı tutmağa çalışan qadın mühafizəçi həlak oldu – VİDEO

0
331
Alış-veriş mərkəzinin 13-cü mərtəbəsindən özünü atan qız mühafizəçinin üstünə düşüb.
Milli.az xəbər verir ki, intihar edən qızı xilas etməyə çalışan mühafizəçi hadisə yerindəcə keçinib.
Li Guowu adlı mühafizəçi qadın intihar edərkən vəzifə başında olub. O, səs-küyü eşitdikdə ümidsizcəsinə qızı fikrindən daşındırmağa çalışıb. Lakin qız ona əhəmiyyət verməyib və özünü 13-cü mərtəbədən atıb. O, qızı tutmağa çalışarkən qız onun üzərinə düşüb. Nəticədə qız və mühafizəçi ölüblər.
Çinin Shaanxi vilayətindəki ticarət mərkəzində baş verən qorxulu anlar mağazaların təhlükəsizlik kamerasına düşüb.
Əvvəllər hərbi qulluqçu olan Li ölümündən sonra medalla təltif olunub.
Qeyd edək ki, Li-nin 6 yaşlı övladı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 + 10 =