DÇ-2018-in Cənubi Amerika zonası üzrə seçmə mərhələsində səfərdə Paraqvayı 1-0 məğlub edən Veneseulanın baş məşqçisi Rafael Dudamel gözlənilməz açıqlama verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Dudamel oyundan sonra verdiyi açıqlamada, matçdan 1 gün öncə onları başdan çıxarmaq üçün qaldıqları otelə qadınların göndərildiyini deyib:
“Son oyunda məğlub olmağımız üçün qadınların göndərmişdilər. Təəccüblənmədik, çünki artıq futbol dəyişib. Əlbəttə ki, təhrikə qapılmadık”.
Qeyd edək ki, Paraqvay öz meydanında məğlub olaraq DÇ-2018-ə getmək şansını itirib.