“Oxu məni” ictimai-siyasi qəzetinin kollektivi Prezident İlham Əliyevə müraciət ediblər

0
1756

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
“Oxu Məni” qəzetinin kollektivi adından

MÜRACİƏT

Cənab Prezident, əvvala bu yaxınlarda Azərbaycan Mətbuatının yaranmasının 145 illiyi münasibəti ilə mətbuat işçilərini təbrikinizdən bizə də pay düşdüyü üçün Sizə təşəkkür edirik. Siz həmişə Mediaya diqqətinizlə öndə gedən bir dövlət başçısısınız, bunu nəinki bizim ölkədə, xarici ölkələrdə də etiraf edirlər.
İstər jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması olsun, istər müalicəyə ehtiyacı olanlara qayğınız və sadalamaqla bitməyən digər əməlləriniz mətbuat işçilərinə verilən dəyərdən xəbər verir.
“Oxu Məni” kollektivi olaraq biz də həmişə dəstəyinizi hiss etmişik. Belə ki, 23 ildən artıq fəaliyyət göstərən, özünəməxsus dəsti-xətti olan qəzetimiz Sizin təşəbbüsünüzlə yaradılmış KİVDF tərəfindən illərdir maliyyə dəstəyi ilə əhatə olunub. Biz də bu dəstəkdən yararlanaraq dövlətimizin maraq və mənfeləri qorunmaq şərti ilə müntəzəm olaraq çap olunaraq qəzetimizi oxucuların ixtiyarına vermişik. Təəssüf ki, budəfəki maliyyə dəstəyi ayrılma prosesində bizim qəzet diqqətdən kənarda qaldı.
Neçə aydır bütün dünya pandemiyadan əziyyət çəkir. Sizin uzaqgörən siyasətiniz və sahibkarlara yardım barədə verdiyiniz göstərişlər özünü doğrultdu, ölkəmizdə digər ölkələr kimi xaos yaşanmadı. Bizim redaksiya da yardım alan, dövlətin dəstəyini duyan redaksiyalar siyahısında idi. Biz ayrılan yardımın köməyilə işimizi dayandırmadıq, həftədə 1 dəfə 24 səhifə rəngli qəzetimizlə oxucuların görüşünə gəldik. Hazırda məlum şəraitlə əlaqəli qəzetlərin satışı, yayımı, əhalinin alıclıq qabiliyyəti çətinləşib. KİVDF tərəfindən maliyyə yardımının dayandırılması və göstərilən səbəblər redaksiyamız üçün ciddi problemlər yaradıb. Qəzetin təsisçi və baş redaktoru bu ağır günlərdə redaksiyanı bağlayıb kollektivi işsiz qoymaq istəmir. Kollektiv üzvlərinin əksəriyyətinin yaşı 40-ı keçib. Məlum məsələdir ki, 40 yaşdan sonra iş tapmaq problemdir. Çünki əksər redaksiyalarda vakansiya yarananda gənc kadrlarla işləməyə üstünlük verilir. Təqaüd yaşımıza çatmağa isə hələ illər qalıb.
Sizdən xahiş edirik ki, illərlə mətbuatda öz sözünü demiş “Oxu Məni” qəzetinin kollektivinin bu ağır dövrdə işsiz qalmaması üçün bizə köməklik edəsiniz. Bu il mətbuat ilidir. Bu qədər ağır və gərgin işlərinizə rəğmən həmişə mətbuata xüsusi diqqətiniz hiss olunub və olunur. Ümid edirik ki, yeganə gəlir yeri redaksiya olan ailə başçıları və digər işçilərimizin xahişinə biganə qalmayacaqsınız.
Əvvəlcədən Sizə öz təşəkkürümüzü bildiririk.
Dərin ehtiramla: “Oxu Məni” qəzetinin kollektivi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × five =