2015-ci ildə 64, bu il isə 45 xarici şirkət ölkəni tərk edib
Bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Bakı nümayəndəliyini bağlayan şirkətlər “China Geo-Engineering Corporation İnternational” MMC, Böyük Britaniyaya məxsus “Cadbury CIS B.V.” və Türkiyə mənşəli “Elit” MMC-dir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il 71 xarici şirkət və nümayəndəliyi Azərbaycandakı fəaliyyətini dayandırıb. Komitənin məlumatında deyilir ki, 2015-ci ildə 64, bu ilin ilk 6 ayında isə 45 xarici şirkət Azərbaycandan gedib.