Oriqi qış transferi dövründə “Lverpul”u tərk edəcək

0
481

İngiltərənin “Liverpul” komandasının hücumçusu Divok Oriqinin qış transferi dövründə komandanı tərk edəcəyi gözlənilir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə The Iiverpool Echo məlumat yayıb. Məlumatda deyilir ki, mersisaydların rəhbərliyi Divok Oriqinin satılmasına tərəfdardır. Klub rəhbərliyi hücumçunun satılmasından 20 milyon funt-sterlinq gəlir əldə etmək niyyətindədir.

Keniya əsilli Belçika yığmasının hücumçusu 23 yaşlı Divok Oriqi 2014-cü ildə Fransanın Lill komandasından 12,6 milyon avroya “Liverpul”a transfer edilib. O “Liverpul”un heyətində 51 oyunda rəqib qapılarından 12 top keçirib. 2017-2018-ci il futbol mövsümündə Oriqi icarə əsasında Almaniyanın “Volfsburq”klubunun heyətində oynayıb və 31 oyunda rəqib qapılarından 6 top keçirib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen + 14 =