“Ordumuz Zəngəzuru da alar, o tərəfə də keçər”

0
646
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakopyan aprel döyüşləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqları üçün hər an əməliyyatlara başlaya bilər.

“Siz elə zənn etməyin ki, Azərbaycan Qarabağı tutmaq istəmir, onun arzıları daha genişdir. Qarabağı, Süniki (Zəngəzuru-red.), vaxt getdikcə İrəvanı tutmağı arzulayır”-deyə, erməni hərbçi bildirib.

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa HüseynovModern.az-a bildirib ki, Azərbaycan Ordusu bu gün regionun ən müasir və güclü ordusudur:

“Belə bir güclü ordusu olan dövlət Zəngəzuru da alar və hələ o tərəfə də keçər. Bu gün dünya siyəsti bizdən tələb edir ki, qan tökmədən bu işi yoluna qoyaq. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev də o məsələlərə sadiq qalaraq, qan tökmədən, münaqişəni sülhlə həll etmək üçün hələlik bu yolu seçir. Əgər sülh yolu ilə torpaqlarımızı geri qaytara bilməsək, Ali Baş Komandanın əmri ilə güclü ordumuz torpaqlarımızı işğaldan azad edəcək. Biz artıq 25 ildən çoxdur ki, dözürük. Bu gün dünya güclü ordusu və prezidentinin uzaqgörən siyasəti olan dövlətlə hesablaşırsa, deməli o erməni generalının qorxmağa  haqqı var”.

BIR CAVAB BURAXIN