Onun ürəyi sağda, qaraciyəri isə solda yerləşir – Video

0
418

Onun ürəyi sağda, qaraciyəri isə solda yerləşir

Sumqayıt şəhər sakini, 51 Yaşlı Hafiz İmamnəzərlinin ürəyi sağda, qaraciyəri isə solda yerləşir.

“Qafqazinfo”nun “Xezerxeber”ə istinadən verdiyi məlumata görə, o, daxili orqanlarının fərqli istiqamətlərdə yerləşməsinə görə ölkədə yeganə insandır. Bu şəxs 10-cu sinifdə oxuyarkən özündə qeyri-adilik olduğunu öyrənib. İllər sonra isə müraciət etdiyi həkimlər ona daxili orqanlarının yerinin dəyişik olduğunu deyib.

H.İmamnəzərli bu yaşına qədər bədənində orqanların yerdəyişikliliyi ilə bağlı heç bir problem yaşamayıb.

Onun sözlərinə görə, qeyri-adiliyini bilən dostları və yaxınları da bu halı təəccüblə qarşılayıblar.

Həkim məsləhəti əsasında İmamnəzərliyə orqanlarınının yerinin bilinməsi üçün orqanizminin tibbi xəritəsi də verilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × one =