“Onlar Rusiyadan ölümünə qorxurlar…”

0
525
 

ABŞ xüsusi təyinatlı qüvvələrinin onlarla hərbçisi xəlvətcə Baltik ölkələrinin ərazisində yerləşdirilib. Onların vəzifəsi Latviya, Litva və Estoniyanın xüsusi təyinatlı qüvvələrini mümkün Rusiya hərbi müdaxiləsinə qarşı hazırlamaqdır.

Bu barədə “The New York Times” qəzetinin məqaləsində deyilir.

“ABŞ xüsusi təyinatlı qüvvələrinin onlarla hərbçisi başlarının üstünü Rusiya təhlükəsi almış bu ölkələrin qoşunlarının hazırlığını və qətiyyətini möhkəmləndirmək məqsədi ilə yerləşdirilib. Habelə məqsəd amerikalılar tərəfindən Moskvanın keçmiş sovet respublikalarında qarışıqlıq yaratmağa yönəlmiş gizli səylərini aşkar etməkdir”-qəzet yazır.

“Onlar Rusiyadan ölümünə qorxurlar və bunu qətiyyən gizlətmirlər. Onların bizim liderliyimizə çarəsizcəsinə ehtiyacları var”-Pentaqonun xüsusi təyinatlı qüvvələr komandanlığının rəhbəri general Raymond Tomas bildirir.

Generalın sözlərinə görə, Amerika desantçıları Baltik respublikalarında “daimi əsasla2 yerləşdirilib, onlar region ölkələrinin xüsusi təyinatlı qüvvələri ilə birgədir. Amerikalılar özləri ilə müasir kəşfiyyat-izləmə vasitələri, kəşfiyyat məlumatlarının əldə edilməsi üçün geniş imkanlara malik olan vasitələr də gətiriblər. Onların Baltik ölkələrindən olan partnyorları isə Rusiyanın konvensional silahlı qüvvələri, Moskvanın açıq müharibəyə əl atmadan istifadə etdiyi hiyləgər metodlar və informasiya maxinasiyaları haqda geniş təsəvvürlərə malikdir.

Amerika desantçıları regionda lüzumsuz hay-küy qaldırılmadan yerləşdirilib. Lakin bu, Moskvaya aydın siqnal olmalıdır. “Ruslar bilmirmi ki, biz buradayıq? Bəli, bilirlər”-general Tomas bildirir.

Məqalədə deyilir ki, Ukraynada baş verənlərdən sonra Baltik ölkələrinin Rusiyadan qorxusu artıb. Kəşfiyyat məlumatları göstərir ki, Rusiya Kalininqrad vilayətində çoxsaylı müasir texnika, iri qoşun birləşmələri yerləşdirib. İndi hər Baltik respublikasında təxminən 10 amerikalı xüsusi təyinatlının yerləşdirilməsi NATO-nun Rusiyanın mümkün hərbi təhdidinə qarşı strategiyasının tərkib hissəsidir.

Regionda yerləşdirilmiş xüsusi təyinatlıları topladıqları kəşfiyyat məlumatlarını Vaşinqtona ötürür, məlumatlar orada təhlil edilir. Litva dövlət təhlükəsizlik Departamentinin direktoru Daryus Yanuşisk deyir ki, onlar Rusiyanın Baltik dövlətlərinə qarşı təbliğat hücumu ilə üzləşiblər. “Bu hücumların məqsədi dövlət orqanları ilə cəmiyyət arasında etimadı sarsıtmaq, hətta bizi dövlətçilikdən məhrum etməkdir”-o deyir.

Virtualaz.org

BIR CAVAB BURAXIN