On maddədə Türkiyə üçün BÖYÜK OYUN – O xəritə Amerikadadır

0
605

“Türkiyəyə qarşı imperializmin bəlkə də son böyük döyüşü açılıb. Heç cür diz çökdürülməyən Türkiyəyə qarşı qlobal güc mərkəzləri hər kartını oynayırlar”.

 

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin “Haber7” saytında “On maddədə böyük oyun” başlıqlı yazıda yer alıb.

 

Qeyd edilir ki, “Sykes-Picot” razılaşması ilə bölgəyə qeyri-sabitlik və “parçala və idarə et” siyasətini gətirən qüvvələr illərdir  ki, bu razılaşmanın kabusunu bölgədə uçururlar: “İmperializmin bu böyük planı yalnız Türkiyədə istədiyinə nail olmadı. “Sykes-Picot” razılaşmasının kabusu son dövrlər yalnız Türkiyə səmaları üzərində uçmağa başlayıb. Bir baxımdan I Dünya Müharibəsinin son hesablaşmasını hazırda Türkiyə ilə etmək istəyirlər. Ortada böyük bir oyun var. Bu, imperializmin bəlkə də son böyük hücum planıdır”.

 

“Haber7” Türkiyəyə qarşı böyük planın aşağıdakı maddələrini sadalayır:

 

1. Türkiyəyə qarşı BÖYÜK PLAN

 

I Dünya Müharibəsindən sonra Osmanlı imperiyasının çəkildiyi Yaxın Şərqə yeni nizamın gətirilməsi imperializmin ən böyük işinə çevrildi. “Sykes-Picot” razılaşması imperializmin güc mərkəzlərində kağız üzərində yeni xəritələri çəkən kəşfiyyatçıların yeni nizamı qurmaq səyləri idi.

 

2. Davamlı qarşıdurma

 

Güc mərkəzləri bilirdilər ki, bölgə ilə bağlı planlarını və neft siyasəti bölgədə davamlı xaos və qarşıdurma yaratmadan həyata keçirə bilməyəcəklər. Bölgəni tamamilə nəzarət altına almaq və “parçala və hökmranlıq et” strategiyasını tətbiq etmək üçün bölgədə sərhədləri yenidən çəkilən ölkələrdə davamlı şəkildə qarşıdurma yaratmaq lazım idi.

 

3. Atatürk oyunu gördü

 

Atatürkün qurduğu gənc Türkiyə Cümhuriyyətinə baxış da eyni idi. Türkiyədə daxili qarşıdurma yaratmaq, ölkənin “parçala və hökmranlıq et” siyasətinə təslim olması üçün proqramlar işlədilər. Amma başında Atatürk kimi böyük bir dahinin olduğu Türkiyə Cümhuriyyəti bu oyunu gördü və bu oyuna düşməmək üçün əlindən gələn hər şeyi etdi.

 

4. Kürd kartı

 

Kürd məsələsi yatırılmışdı. Daha sonra lazım olanda bölgəyə nizam verəcək ən böyük güc olaraq oyandırılacaqdı. Bölgədə böyük kürd dövlətinin yaradılmasına bəlkə də I Dünya Müharibəsindən dərhal sonra girişmədilər, amma kürdlər “parçala və hökmranlıq et”siyasətinin ən böyük kartı olacaqdı. Çünki kürd əhalisinin bölgədə yerləşməsi və yeni yaradılan ölkələrdəki mövqeyi onları Türkiyəyə qarşı istifadə etmək üçün çox qiymətli bir faktora çevirirdi.

 

5. Əslində o da var idi, amma…

 

“Sykes-Picot” razılaşmasında kürdlər üçün dövlətin qurulması layihəsi var idi. Amma xüsusilə, gənc Türkiyə Cümhuriyyətinin qərarlılığı buna imkan vermədi. İmperialistlər bölgədə yeni nizam qurmaq planlarında tək Türkiyəyə söz keçirə bilmirdilər. Sevr və Lozanna razılaşmalarının protokolları kürd məsələsi haqqında çox maraqlı detalları ehtiva edir.

 

6. Seyfdəki xəritə

 

İmperialistlər və qlobal dünyanın güc mərkəzləri bəlkə də zaman Türkiyəni tam istədikləri kimi istiqamətləndirə bilmirdilər, amma “Böyük Kürdüstan” layihəsindən heç vaxt imtina etmədilər. “Böyük Kürdüstan”ın xəritəsi də çəkildi və seyflərə qoyuldu.

 

7. Terror təşkilatlarını imperalistlər qurdu

 

 

Bölgədə təməli atılan vətəndaş müharibələri və döyüşlərin istənilən nəticəni verməsi üçün  xüsusilə İngiltərə terror təşkilatlarının yaradılmasını şəxsən üzərinə götürdü. Yəni, İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatlarının təməlində imperialist güc mərkəzlərinin qərarları yatır. PKK də yaranma mərhələsində istiqamətləndirilib. Amerika da bu siyasətin idarə olunmasını İngiltərədən götürüb və bu gün prezidentliyə namizəd Donald Tramp belə “İŞİD-i Obama yaratdı” deyirsə, bunun təməlində bəzi gerçəklər var.

 

8. Amerikanın əlindəki xəritə

 

Bu gün bölgə ilə bağlı siyasətini qəbul etmədiyimiz Amerikanın əlində illərdir ki, gizli dövlət layihəsi olaraq bir ”Böyük Kürdüstan” xəritəsi var. Bu gün Amerikanın YPG/PKK siyasətinə baxdıqda, bunun təməlində bu gizli dövlət siyasətinin olduğunu bilməliyik.

 

9. İsrail

Güc mərkəzlərində çəkilən xəritələrlə yaradılan İsrail dövlətinin uzunmüddətli təhlükəsizliyində “Böyük Kürdüstan”ın xüsusi yeri olacağı nəzərdə tutulur. Bu gün Türkiyədən də torpaq alınaraq yaradılacaq və bir dəhlizlə dənizə açılacaq “Kürdüstan dövləti” layihəsinin həyata keçirilməsinə çalışırlar. Bu baxımdan da Türkiyə İsrail ilə əlaqələrini düzəldərək düzgün addım atıb. Suriya ilə siyasətin də yenidən nəzərdən keçiriləcəyi barədə xəbərləri də ümidvericidir.

 

10. Ərdoğan oyunu pozacaq

15 iyul çevriliş cəhdinin təməlində bu tarixi plan vardır. Ölkəmizin səmalarında “Sykes-Picot” kabusu gəzir. Bizlər bu oyunu pozmaq şansına və gücünə sahibik. Amerika ilə masaya oturaraq ciddi şəkildə danışmaq lazımdır. Prezident Rəcəb Tayyib Ərdoğan böyük məsuliyyət tələb edən bir işin altına girib. Bu, tarixin çiyinlərimizə qoyduğu böyük bir yükdür və Ərdoğan bu yükün altından çıxmağa çalışır. Hamımız ona dəstək verməli və böyük oyunu pozarkən onu tək buraxmamalıyıq.

 

Ömər Dağlı

BIR CAVAB BURAXIN