Ölümə qərar verən ORQAN TAPILDI: beynimiz yaşlıdırsa, deməli… – SENSASİYALI ARAŞDIRMA Maraq dünyası

0
765

Ölümə qərar verən ORQAN TAPILDI: beynimiz yaşlıdırsa, deməli... – SENSASİYALI ARAŞDIRMA

Beynimiz nə zaman öləcəyimizə “qərar verir”.

Publika.az xəbər verir ki, alimlər apardıqları araşdırmanın nəticəsində belə bir qərara gəliblər. Beyin yaşı ilə bioloji yaş arasındakı əlaqə alimlərin hər zaman diqqətini çəkib. Lakin uzun illərdir aparılan araşdırma nəticəsində konkret bir qənaətə gəlinməyib. Amma 2000-ci illərin əvvəllərindən başlayan araşdırmalar bir nəticə verməyə başlayıb. Alimlərin gəldiyi qənaətə görə, beynimiz nə zaman öləcəyimizi “deyir”. Yəni canlıların ən qarışıq və çətin orqanı olan beyin ancaq düşünməyə, hərəkət etməyə xidmət etmir.

Əslində beyin yaşınızla bioloji yaşınız birlikdə inkişaf etmir. Ona görə də beyniniz bədəninizdən daha sürətli yaşlanırsa, yəni beyin yaşınız doğum yaşınızdan daha çoxdursa, risk qrupundasınız. Bir qrup yaşlı insan üzərində aparılan təcrübəyə görə, “beyin yaşı” ilə bioloji yaş arasındakı fərq erkən ölüm riskini ortaya qoyur.

Bəs bu necə olur? Bioloji yaş əvvəl qan və sidik testi ilə müəyyən edilirdi. İndi isə MRT aparatlarının alqoritmləri ilə onu təyin etmək olur. MRT zamanı beyin yaşını müəyyən etmək olur. Hazırda bu aparatların nəticələrində 5 ilə qədər yanlışlığa yol verilə bilər. Gələcək illərdə bu problem də aradan qalxacaq. Araşdırmalara görə, 80 yaşa qədər baş verəcək ölümləri bu yolla təxmin etmək olar. Alimlər belə qənaətə gəlib ki, beyniniz nə zaman öləcəyinizi deyir.

Bu araşdırmanı aparan alimlərdən Ceyms Kole bu üsulun təqvim yaşı ilə beyin yaşı arasındakı fərqi müəyyən etməsinə imkan verdiyini deyir. Əgər beyin yaşınız daha çoxdursa, bu işlərin daha pis olacağından xəbər verir. Yəni ölüm yaxınlaşır. Alimin bu məsələdə bəzi məsləhətləri də var. Onun sözlərinə görə, əgər beyin yaşınız təqvim yaşınızdan 10 yaş böyükdürsə, bunun üçün bəzi tövsiyələrə əməl etməlisiniz. Çünki beyin yaşınızın çox olması erkən ölüm riski deməkdir.

Əslində bu riskdən xilas olmağınız üçün edəcəyiniz şeylər çox da çətin deyil. Sağlam yaşamaq üçün etməli olduğunuz qaydaları tətbiq etməyiniz yetərlidir.

1. Qidalanma vərdişlərinə bir daha nəzər salın

Sağlam qidalanmaq hər şeyin başında durmalıdır. Sağlam qidalanmağı vərdiş halına salmalısınız. Balıq yağı və zeytun yağına üstünlük verin. Trans yağlardan isə tamamilə imtina edin. B12 və B5 vitaminləri ilə qidalanmanıza dəstək vermiş olarsınız. Boşqabınızdakı yeməyin yarısı tərəvəz olmalıdır. Əlbəttə, çoxlu meyvə yeyin. Tez-tez su için. Bundan başqa, şəkərli un məmulatları, spirtli içki, şəkərli içkilər fəsd-fud, mayonez kimi qidalardan tamamilə uzaq durmalısınız.

2. Sağlam beyin sağlam bədəndə olar

25 yaşdan sonra bədəninizin fiziki inkişafı dayanır. Buna görə də, tez-tez və davamlı idman etməyiniz mütləqdir. Yuxunuzu da normaya salmalısınız.

3. Beyin məşqləri edin

Fərqli mövzuda kitablar oxuyun, telefon nömrələrini əzbər yadda saxlamağa çalışın, yaddaş oyunları oynayın. Kompüter oyunlarından da istifadə edə bilərsiniz. Bu oyunların beyninizin problem həlletmə mexanizmini inkişaf etdirdiyi də gerçəklikdir. Yeni bir dil öyrənməyə çalışıb. Bir sözlə, beyin məşqləri üçün edə biləcəkləriniz çoxdur.

4. Stresslə mübarizə aparmağı öyrənin

Stress aşağı dərəcədə olanda faydalıdır. Ancaq stresslə mübarizə aparmaq və bunu bacarmaq onunla yaşamaqdan daha önəmlidir. Bunun üçün də meditasiya edin.

5. Televizoru bağlayın

Televizor yetkin bir insanın gündə ortalama 4 saatını itirməsinə səbəb olur. Televizor münasibətlərinizin qarşısında bir əngəldir, bunu unutmayın.

6. Hərəkətklərinizi və həyata baxışınızı dəyişin

Davranışlarınız həyat tərzinizə birbaşa təsir edir. Əgər hadisələrə mənfi tərəfdən baxırsınızsa, ciddi dəyişikliyə ehtiyacınız var. Mənfi düşüncələrdən uzaqlaşın və keçmişdəki pis hadisələri elə keçmişdə qoyun.

7. İstədiklərinizi edin

Hamamda mahnı oxuyun, şəkil çəkə bilməsəniz belə çəkməkdən çəkinməyin. Çünki istədiklərinizi etdiyinizə görə heç zaman zərər görməzsiniz.

8. Sosial olun və elə qalın

Qonaqlığa getmək əhvalında olmasanız belə getdiyiniz yerdə insanlarla ünsiyyət qurmağa çalışın. Bu zaman ancaq öz yaşınızda olanları seçməyin, başqa yaşlardakı insanlarla da ünsiyyət qurmağa çalışın.

9. Bir neçə işi eyni vaxtda etməyin

Bir neçə işi eyni vaxtda görsəniz belə onların hamısını yüz faiz edə bilməyəcəksiniz, sizə qalan isə lazımsız yorğunluq olacaq. Zehninizi belə yormayın. Bir işi görərkən diqqətinizi ona yənəldin, sonra digərlərini edərsiniz.

Gülxar

BIR CAVAB BURAXIN