Ölkəmizin əsas tənqidçisi indi də Azərbaycanı göylərə qaldırır

0
549

“Azərbaycan tolerantlıq nöqteyi-nəzərindən dünyanın bir çox ölkələri üçün nümunə ola bilər. Burada mövcud olan tolerantlıq, müxtəliq dinlərdən olan insanların dinc yanaşı yaşaması, yəhudilərə gözəl münasibət dünyanın bir çox ölkələrinə örnəkdir. Çünki yəhudilərin yaşadığı digər ölkələrdə antisemitizm artır, onların həyatı çətinləşir. Azərbaycan getdikcə iri beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir”, – bu cür sensasiyalı bəyanatla ATƏT-in demokratik institutlar və insan hüquqları üzrə Bürosunun direktoru Mixael Link Milli Məclisin sədr müavini, Azərbaycan parlamentinin insan hüquqları üzrə komitəsinin sədri Bahar Muradova ilə görüşdə çıxış edib.

M.Linkin etirafı partlayan bomba effekti verə bilər, belə ki, bu diplomat uzun illər ərzində metodik və planlı şəkildə Azərbaycan hökumətini insan hüquqları sahəsində tənqid edən struktura rəhbərlik edir.

Amma görünür, Linkin digər etirafı bu metamorfozu asan izah edə bilər: “Özünün coğrafi mövqeyinə görə Azərbaycan Avropa ilə Şərqi birləşdirən çox əhəmiyyətli ölkədir”.

BIR CAVAB BURAXIN