Ölkədə soyğunçuluq artır, bu dəfə nazirliyin əməkdaşının evini talan etdilər

0
371

Ədliyyə Nazirliyinin əməkdaşının Bakıda yerləşən evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsi 16/316 nömrəli evdə baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Məlikzadə Hamiz Hümmət oğlu günorta saatlarında işdə olduğu zaman naməlum şəxs və ya şəxslər onun evinin plastik pəncərisini sıxıb açmaqla içəri daxil olublar.

Oğrular evdən 30 000 manat, 8 000 dollar və dəyəri 10 000 manat olan qızıl-zinət əşyaları aparıblar. Nazirlik əməkdaşı oğurluq faktını işdən evə qayıtdıqdan sonra öyrənib. O, hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Xəbər verilir ki, H.Məlikzadə Ədliyyə Nazirliyinin əməkdaşıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 − seven =