Ölkədə çılpaq çimərliklərin sayı durmadan artır

0
741

Ölkədə çılpaq çimərliklərin sayı durmadan artır

Fransa sahillərində çılpaq çimən insanların sayı günbəgün artmaqda davam edir.

Publika.az leparisien.fr saytına istinadən bildirir ki, Proturisme şirkətinin 2015-ci ildən bugünədək apardığı araşdırmalara görə hər il 2,6 milyon fransız “naturizm”i təbliğ edərək ölkə çimərliklərində geyimsiz çimirlər.

Hazırda bu say durmadan artır. Artıq ailələr üçün nəzərdə tutulmuş naturist çimərliklərin sayı 8-i keçib. Çimərliklərin idarəçiləri bildirirlər ki, bura gələnlər arasında fransızlar və xarici turistlər çoxluq təşkil edirlər. Çimərliklərdəki qayğısız insanlar bir-birilə mehribancasına görüşür, ünsiyyətdə olurlar. Heç kim qeyri-adı baxışlarla ətrafındakıları süzmür.

Fransa hakimiyyəti “naturist” çimərliklərin sayını artırmaq niyyətindədir.

Leyla Sarabi

BIR CAVAB BURAXIN