Ölkədə 50 qəpiyə təhlükəli siqaretlər satılır

0
635

 –

 

İqtisadiyyat Nazirliyi bu məsələ ilə mütləq məşğul olmalıdır. Ticarətlə məşğul olanların bəzilərinin özlərinə hesab açmamaqları siqaret qaçaqmalçılığına zəmin yaradacaq.

Bu sözləri Azad İstehlakçılar Birliyinin idarə heyətinin sədri, iqtisadçı Eyyub Hüseynov kiçik marketlərin və köşk sahiblərinin yeni qanuna uyğun olaraq siqaret satışı üçün özlərinə hesab açmaması haqda Axar.az-a danışarkən deyib. O, satışda zərərli siqaretlərin olduğunu da bildirib:

“Keçən ay İqtisadiyyat Nazirliyinə məktub yollamışdım ki, Şəkidə “Azər MMC” adlı şirkət ucuz, zərərli siqaretlər istehsal edir. Onlar mənə cavab yazdılar ki, şirkətin istehsalı dayandırıldı. Amma həmin şirkət hələ də istehsala davam edir və 50 qəpikdən siqaret satıb, gəncləri zəhərləyir”.

Qeyd edək ki, bir çox kiçik marketlər özlərinə yeni hesab açmayaraq, siqareti böyük marketlərdən alıb daha baha qiymətə satırlar. Bunun nəticəsində siqaretin qiymətində süni bahalaşma yaranıb.

Bəzi şirkətlər isə qanunsuz yolla ucuz, təhlükəli siqaret istehsal edərək sağlamlığa ciddi zərər vururlar.

 

BIR CAVAB BURAXIN