Olimpiya çempionu: “Azərbaycana qayıtmayacağam”

0
606

Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Vesti.kz saytına müsahibəsində qələbəsindən və sevincdən ağlamasından danışıb.

 

Publika.az xəbər verir ki, müxbirin “çempion olanda vətəniniz haqqında düşünürdünüzmü” sualına cavabında o, məşq dövrünü və Qazaxıstanı düşündüyünü deyib.

 

“Vətənə qayıdacaqsınızmı” sualına isə N.Rəhimov ” Qətiyyən. Qazaxıstanda qalacam. Ola bilsin ki, ora qonaq kimi gedim. Mən Qazaxıstana öyrəşmişəm” cavabını verib.

 

Qeyd edək ki, 22 yaşlı Nicat Rəhimov 2014-cü ilə qədər idman arenalarında Azərbaycanı təmsil edirdi. Sonradan Qazaxıstana köçən idmançı 2015-ci ilin dünya çempionatının və 2016-cı il Rio Olimpiadasının qalibi olub.

 

Rəhimov Rio-da 214 kq çəkii dərəcəsində dünya rekordunu yeniləyib və Qazaxıstana bu olimpiadada birinci qızıl medalı qazandırıb.

BIR CAVAB BURAXIN