Ohanyan yenə Moskvaya gedir?

0
368

Ermənistanın müdafiə naziri Seyran Ohanyan yenidən Moskvaya səfər edəcək. ANS PRESS-in məlumatına görə, nazirin müavini David Tonoyan “Aykakan Jamanak” qəzetinə müsahibə verib. Jurnalistin “bizdə olan məlumata görə, Ohanyan yenidən silah satışı ilə bağlı Moskvaya gedir” sualına cavabında bunu təkzib etməyib. O deyib ki, Ohanyanın ezamiyyətləri barədə mətbuata müvafiq xəbərlər verilir.

“Rusiya Azərbaycana silah satışını dayandırsa…”

Məlumata görə, səfər zamanı əsas müzakirə mövzusu Rusiyadan kredit əvəzinə alınan silahların Ermənistana daha tez göndərilməsi olacaq.

“Ermənistan və Rusiya arasında əldə olunan silah müqaviləsinin həyata keçirilməsində heç bir problem yoxdur. Hər bir tərəf öhdəliklərini yerinə yetirir. Amma yeni vəziyyətə uyğun olaraq silahların Ermənistana nəzərdə tutulandan tez bir zamanda çadırılması ilə bağlı iş gedir. Bu məsələnin həllində də heç bir maneə yoxdur. Ermənistan və Rusiyanın mütəxəssisləri bir yerdə effektiv işləyirlər”, – deyə nazir müavini bildirib.

Amma silah alışını müzakirə etmək üçün Rusiyaya gedəcək Ohanyanın səfər tarixinin vaxtı açıqlanmır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen + 16 =