Obameyanq “Borussiya”dan qovuldu

0
625

Dortmund “Borussiya”sında hücumçu Pyerr-Emerik Obameyanqla bağlı sürpriz qərar qəbul olunub. Arazinfo.com-unApasport.az saytına istinadən məlumatına görə, qabonlu forvard əsas komandadan qovulub.

 

Bundesliqanın XII turu çərçivəsində bu gün “Ştutqart”ın qonağı olacaq dortmundlularda Obameyanq matçın iştirak ərizəsinə salınmayıb. Buna səbəb kimi, 28 yaşlı bombardirin intizamsız hərəkəti göstərilib. Almaniya mətbuatının yaydığı xəbərdə Obameyanqın dünənki məşqdən sonra bazanı şəxsi avtomobili ilə tərk etdiyi qeyd edilib. Həmkarlarımız Obameyanqın komandadan uzaqlaşdırılmasının əsas səbəbinin milli komandalarla bağlı yaranmış fasilə zamanı icazəsiz Barselonaya getməsi və yaxın dostu Osman Dembeleni ziyarət etməsi olduğu vurğulanıb.

 

Qeyd edək ki, Bundesliqada 11 turdan sonra aktivində 10 qol olan Pyerr-Emerik Obameyanq yalnız rəqib qapılarına 11 dəfə yol tapan Robert Levandovskidən (“Bavariya”) geri qalır.

BIR CAVAB BURAXIN