“O ermənilərin Bakıya gəlməsinə icazə verməliyik”

0
504

11

“Beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər”.

Trend-in məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Z.Oruc bildirib ki, Ermənistan bir çox zamanlarda ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib: “Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik. Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.

İclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Rusiya və İran Ermənistana qarşı təzyiqlərini artırsın: “Hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir. Həmçinin, Ermənistana qarşı sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.

BIR CAVAB BURAXIN