Nüşabə Ələsgərli təhqirə keçdi – “Mənim unitazım sənin başından qiymətlidir”

0
632


Yazıçı, tərcüməçi Sevil Gültən kirayə qaldığı Nüşabə Ələsgərlinin evi haqqında səsləndirdiyi fikirlər müğənnini əsəbləşdirib.
O, yazarı təhqir etməkdən belə çəkinməyib.
“Xaraba sənin evindir. Mənim harada yaşadığımı bilənlər bilir. Mənim unitazım sənin başından qiymətlidir. Sonra da ki, əgər mənim üzümü görmüsənsə üzümə, görməmisənsə üzünə lənət köpək oğlunun yetimçəsi”.
Qeyd edək ki, Sevil Gültənin həyat yoldaşı vəfat edib, 2003-cü ildə Bakıya gələrək iki qızı ilə birlikdə yaşamağa başlayıb. Həm qızlarını böyüdür, həm işləyir, yaradıcılıqla məşğul olur, tərcümələr edir, həm də kirayə mənzil verənlərlə “vuruşur”. Bu 14 il müddətində nə az, nə çox, düz 14 ev dəyişib. Hətta qaldığı evlər arasında tanınmış müğənni Nüşabə Ələsgərlinin “Sevil” kinoteatrının yaxınlığında yerləşən mənzili də olub. Təəssüf ki, kirayə qaldığı mənzillərin heç birində yaşayış üçün normal şərtlərlə qarşılaşmayıb. Çox vaxt həmin mənzilləri öz hesabına “abıra salmaq” məcburiyyətində qalıb:
“Nüşabənin xarabasına belə unitaz qoydurmağa məcbur olmuşam. Yoldaşına dedim ki, ay insan, sənin xarabana mən niyə unitaz qoydurmalıyam? Nüşabənin xarabasındakı unitazı usta ilə birlikdə 5-ci mərtəbədən aşağı düşürmüşəm. Allaha and olsun, iyrənə-iyrənə, əlacı kəsilmiş vəziyyətdə, bütün bədənim səpə-səpə aparıb zibilliyə atmışam. Ümumiyyətlə, heç inanmırdım ki, o unitaz düzələ bilər. Niyə mən kirayə qaldığım mənzildə, özgənin unitazını düzəltdirməliyəm? Nüşabənin ərinə, oğluna nə gəlib?
Lakin problemlərim bununla da bitmədi. Nüşabənin evindən çıxıb başqa bir evi kirayələdim. Həmin binanın ətrafını elə bir üfunət iyi bürümüşdü ki, yaşamaq mümkün olmurdu. Dəfələrlə səsimi çıxarmağıma, əlaqədar qurumlara şikayət etməyimə baxmayaraq, dediklərim havada qaldı. Sonra müəyyən etdim ki, gələn bu üfunət iyinin səbəbi kanalizasiyadan deyil, yaxınlıqda yerləşən quşçuluq ferması imiş. Fermadan çıxan bütün tullantılar və onlardan çıxan qoxular ətraf ərazilərə yayılır. Yenə də şikayət etdim, amma cavabdeh qurumlar görməzlikdən gəldi”.(GoldNews.az)

BIR CAVAB BURAXIN