Nurməhəmmədov və Makqreqor müvəqqəti olaraq UFC yarışlarından kənarlaşdırılıblar

0
418

Qarışıq döyüş növü üzrə güləşçilər Həbib Nurməhəmmədov və  Konor Makqreqor müvəqqəti olaraq UFC yarışlarından kənarlaşdırılıblar.

Mediainfo.az-ın USA Today-a istinadən verdiyi xəbərə görə, bu barədə qərar Nevada Atletika Komissiyasının toplantısında qəbul edilib. Hər iki idmançı oktyabrın 15-dən etibarən 10 gün ərzində hər hansı bir yarışda iştirak edə bilməyəcək. Bu barədə Nurməhəmmədov və Makqreqora da müvafiq xəbərdarlıq edilib.

 

 

BIR CAVAB BURAXIN