Nura Suri Tünzalə Ağayevanı dünyada biabır etdi

0
1971

Müğənnilər Nura Suri və Tünzalə Ağayeva arasında gərginlik davam edir.
Nura Tünzalənin onun haqqında səsləndirdiyi kəskin ittihamlara cavab verib.
Tunzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini Youtube və Google portallarından sildirib. Yəqin öz yaddaşından da silinib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da “çox sağ ol”.


Xatırladaq ki, Nura Suri ATV Maqazin verilişində “Hit parad” rubrikasında Tünzalə Ağayeva barəsində belə bir fikir səsləndirmişdi: “Bu insan özünü hər kəsdən yüksək görür. Başa düşürəm ki, sənin səsin mənimkindən güclüdür, sən Xalq artistisən. Sənin fəxri adın ola bilər, mən isə adi müğənniyəm. Amma elə şey var ki, onun qəbul etmirsən. Ondan bəzi şeyləri öyrənmişəm. Gülə-gülə elə gözəl sözlərini deyir ki… Ola bilsin ki, mən onu tədbirdə görməmişəm. Ora tünd saçlarla qatılmışdım. Çox adam tanımaqda çətinlik çəkdi. Bir-birimizin yanımızdan keçdik. O diqqət göstərmədi, mən də elə qarşılığını verdim. Elə də yaş fərqimiz yoxdur ki, mənə nəsə yol göstərəsən. Bu insan özünü hamıdan üstün görür. Yəqin deputat olmağa çalışır. Ondan da irəli gələ bilər”.

Onun bu sözləri əməkdar artistin xoşuna gəlməmişdi və Nuranın açıqlamasına belə münasibət bildirmişdi: “Öz dediyi sözün fərqinə varmır, anlamır. Bu müzakirə ediləcək bir şeydir? Gülüşə səbəb olacaq bir haldır. Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram. Danışığı ilə qulağı, düşüncəsi fərqlidir. Bu, insanın kompleksindən, iç boşluğundan, narahat həyat tərzindən bəhs edir. Qeyri-yerlərdə olan “musiqiçi”lərı, “ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram”.
Baku.vvs


BIR CAVAB BURAXIN