Nuhun gəmisi Ağrı dağda — ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

0
871
Sənədli film prodüseri Cem Sertesen Nuhun gəmisinin qalıqlarının Ağrının Doğubayazıt rayonunda olduğunu iddia edib.

Prodüserin sözlərinə əsasən, həftələrlə davam edən çalışmalardan sonra yeraltı radar görüntülərində  gəminin gövdəsi görünüb.

Cem deyib:
“Bəşəriyyət tarixinin ən böyük əfsanəsi olan Nuhun Gəmisi ilə yalnız biz yox, dünyanın bütün alimləri maraqlanır. Avropalı, amerikalı, asiyalı, hər kəs Nuhun Gəmisinin Türkiyənin şərqində olduğunu qəbul edir. Bu məkan isə Ağrının Doğubayazıt rayonudur”.

Prodüser bildirib ki, Nuhun Gəmisi ilə bağlı 23 illik tədqiqatın nəticələrinə əsasən sənədli film çəkib. Sertesen qeyd edib ki, 1995-ci ildə gəminin qalıqlarını gördükdən sonra sənədli film lentə almaq qərarına gəlib:
“Gəmini İlhan Durupınar kəşf etdi. Ara Güler ilk fotolarını çəkdi və Salih Bayraktutan elmi araşdırmaya başladı. Həftələrlə davam edən çalışmalardan sonra yeraltı radar görüntülərində gəminin gövdəsi göründü. Məsələ ilə bağlı hesabat dövrün baş nazirliyinə təqdim edildi”.(olke.az)

BIR CAVAB BURAXIN