Nüfuzlu agentlik İrəvandakı “İsgəndər” komplekslərini “Skad”lardan ayıra bilməyib

0
373

Ermənistanın formal müstəqilliyi münasibətilə keçiriləcək hərbi paradın məşqində “İsgəndər” operativ-taktiki raketlərinin görünməsi son günlər KİV-lərdə geniş müzakirə olunur.

Ermənistanın parada “İsgəndər” komplekslərini çıxardığı haqda əvvəlcə erməni mənbələrində xəbərlər və görüntülər yayıldı. Daha sonra Rusiya mənbələri bu xəbərləri təsdiq etdi. Nəhayət bu gün sentyabrın 19-da “Rosoboroneksport”un iki meneceri anonimlik şərti ilə “Vedemosti” həftəliyinə Ermənistana KTMT razılaşmaları çərivəsində bir divizyon (4 kompleks) “İsgəndər-M” komplekslərinin verildiyini təsdiqləyib.

Bu mövzu Azərbaycanda da ekspertlər və siyasətçilər tərəfindən müzakirə olunmaqdadır. Ancaq ölkənin nüfuzlu xəbər agentliyi olan “Turan”“bu günkü bülletenində Ermənistanda “İsgəndər” raketləri ilə bağlı ajiotajın əsassız olduğu haqda qeydlər yayıb. Agentlik istehza ilə bildirir ki, Azərbaycanın “ekspertləri” və “mütəxəssisləri” İrəvan küçələrinə çıxarılan köhnəlmiş “Skad” raket komplekslərini “İsgəndər-M” zənn ediblər. Agentlik təəcüblənir ki, Azərbaycanda bu mövzunu müzakirəyə çıxaranlar bu iki raket arasında fərqi müəyyən edə bilməyəcək dərəcədə qeyri-peşəkarlardır.

Lakin kimin yanıldığını dəqiqləşdirmək üçün İrəvandakı parad məşqinin YouTube şəbəkəsində və digər resurslarda yer alan videokadrlarına diqqətlə baxmaq kifayətdir. Bu videokadrlardan görünür ki, İrəvan küçələrinə çıxarılan hərbi texnika arasında doğrudan da “Skad” kompleksləri yer alır. Lakin elə “Skad”ların ardınca “İsgəndər-M” kompleksləri gəlir və oxuxulara təqdim olunan videokadrların 4-cü dəqiqəsindən sonra (4 dəq 43 saniyə) həmin kompleksi görmək olar. Həmin kadrlarda “Skad” kompleksindən solda “İsgəndər” kompleksi hərəkət edir. Bu kompleksləri videokadrların 6-cı dəqiqəsindən sonrakı 21-ci saniyədə də görmək olar.

Məsələ burasındadır ki, “Skad” raketlərinin mobil platforması ilə “İsgəndər-M” komplekslərinin mobil platforması arasında bənzərlik var. Hər iki platforma 4 oxludur, lakin platformaların ekipaj üçün nəzərdə tutulmuş ön hissələri arasında fərqlər var və bu fərqi ancaq qeyri-peşəkarlar ayrıd etməyə bilərdi…

Virtualaz.org 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen − fourteen =