Xəbər verdiyimiz kimi, Almaniya xüsusi xidmət orqanları bu ölkədə fəaliyyət göstərən radikal sağçı “Almaniya üçün alternativ” partiyasının Rusiya ilə əməkdaşlıq etdiyini üzə çıxarıb.
Virtualaz.org xatırladır ki, bu barədə “Die Zeit” qəzetində məqalə dərc edilib.
Məqalədə bildirilir ki, bu partiyanın nümayəndələri Rusiya kəşfiyyatının təşkilatçılığı ilə postsovet respublikalarındakı separatçı ərazilərdə keçirilən “seçkilərdəki” müşahidə missiyalarının tərkibində yer alıblar. “Məqsəd Rusiyanın mübahisəli xarici siyasətinə beynəlxalq legitimlik görüntüsü verməkdir. Alman kəşfiyyatı müəyyən edib ki, bu siyasətçilərin səfərlərini Rusiya xüsusi xidmət orqanları təşkil edib”-qəzet vurğulayıb.
Qəzetin yazdığına görə, hazırda alman xüsusi xidmət orqanları sağ radikal qüvvələrin nümayəndələrini özünün postsovet məkanındakı separatçı ərazilərdəki siyasətini legitimləşdirmək məqsədi ilə istifadə etdiyinə dair dəlilləri araşdırır. Bildirilir ki, bu fəaliyyətdə əsas rolu Berlində yerləşən Avrasiya Araşdırmaları Mərkəzi oynayıb. Həmin mərkəz 2016-cı ildə sağ radikal təmayüllü “Zuerst!” qəzetinin baş redaktoru Manuel Oksenrayter və “Almaniya üçün alternativ” partiyasının funksioneri Markus Fronmayer tərəfindən yaradılıb. Həmin Oksenrayter artıq neçə ildir ki, “Almaniya üçün alternativ” partiyasından olan deputatların Donbas, Dağlıq Qarabağ və digər separatçı regionlara səfərlərini təşkil edir.
Həmin səfərlər yerlərdəki “rusiyayönümlü hakimiyyətlər” və ya Kremlönümlü QHT-lər tərəfindən maliyyələşdirilib…
Haqqin.az-ın müxbiri Avropa İttifaqının Azadlıq Naminə Alyansının vitse-prezidenti, Latviya Gələcək Tədqiqatlar İnstitutu İdarə Heyətinin rəhbəri Normund Qrostinşdan bu xəbəri şərh etməsini xahiş edib. Politoloqun fikrincə, “Die Zeit”də dərc olunan yazı seçkiqabağı kompromata daha çox oxşayır, nəinki real tarixə.
O niyə belə deyib? Söhbət hansı seçkidən və kompromatlardan gedir? Politoloq Azərbaycan Xarici İşlər Nazirliyinin susqunluğunu nədə görür və nəyə təəccüblənir?