Nizami rayonunda Suraxanı RİH- i şam meşəliyində qanunsuz deyib sökdürdüyü evlərin yerində vilların tikintisinə start verib

0
561

 

Nizami rayonunda Suraxanı RİH- i  şam meşəliyində qanunsuz deyib sökdürdüyü evlərin yerində vilların tikintisinə start verib
Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi cərimələklə işinin bitdiyini sayır, Nizami İcra Hakimiyyəti isə tam susqunluq nümayiş etdirir!
Bakıda “Azərsutikinti” xəstəxanasının qarşısında bundan əvvəl qanunsuz məskunlaşmanın baş verdiyi 2.5 hektarlıq şam meşəliyində yeni villaların tikintisi başlayıb. Virtualaz.org xəbər verir ki, Eklogiya və Təbii Ehtiyatlar Nazirliyinin ərazidə ağacların kəsilməsinə görə 6 min manata yaxın cərimə kəsməsinə, faktları tədbir görülmək üçün Suraxanı rayon prokurorluğuna göndərməsinə baxmayaraq bu ekoloji təmiz ərazini ələ keçirmək üçün qolları çirmələyən məmurlar heç bir gün də ara verməyiblər.
Nizami rayonunda Suraxanı RİH- i  şam meşəliyində qanunsuz deyib sökdürdüyü evlərin yerində vilların tikintisinə start verib
Həmin şam meşəliyində baş verənlər barədə virtualaz.org saytı ötən buraxılışlarında yazmışdı.(http://virtualaz.org/olke/109166) Yazdıqlarımız Ekologiya və Təbii Ehtiyatlar Nazirliyindən başqa heç bir aidiyyatı struktur-nə Bakı şəhər İcra Hakimiyyəti, nə Suraxanı rayon İcra hakimiyyəti reaksiya verməyib.
Nizami rayonunda Suraxanı RİH- i  şam meşəliyində qanunsuz deyib sökdürdüyü evlərin yerində vilların tikintisinə start verib
Xatırladaq ki, 2000-ci ildə əsasən Naxçıvandan olmaqla 10 ailə hərəyə 20 sotdan artıq torpaq zəbt etməklə ərazidə məskunlaşıb, sənədsiz evlər tikib və son bir-iki aya qədər orada maneəsiz yaşamaqda davam edib. Lakin bu ilin noyabrında Suraxanı rayon İcra Hakimiyyətinin məmurları yüzdən artıq polisin müşaiyəti ilə həmin sakinləri evlərindən zorla çıxarıb, onların evləri hətta əşyalarını belə çıxarmağa imkan vermədən dağıdılıb. Maraqlıdır ki, ərazi Nizami rayonuna aid olsa da söküntünü Suraxanı rayon İcra Hakimiyyəti həyata keçirib. Sakinlərə heç bir kompensasiya ödənilməyib və ya onlara başqa yerdə torpaq sahələri təklif edilməyib.

Sakinlər bildirirdilər ki, bir neçə ay əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu ərazidə olub və görünür ona 2.5 hektarlıq meşədə “hansısa kasıbların qanunsuz məskunlaşdığını” çatdırıblar. Və o, evlərin söküntüsü barədə göstəriş verib.
Nizami rayonunda Suraxanı RİH- i  şam meşəliyində qanunsuz deyib sökdürdüyü evlərin yerində vilların tikintisinə start verib
Qanunsuz məskunlaşmış sakinlər bu şam meşəliyindən qovulduqdan sonra İcra Hakimiyyəti ərazini hündürlüyü 4 metri keçən daş hasarla hasarladıb, habelə hissələrə bölməyə başlayıb. Bu, meşəliyin daha sonra imkanlı şəxslərə satışına hazırlıq məqsədi ilə edilib. Evləri sökülən sakinlərin maraqlarını məhkəmədə müdafiə edən vəkil Pərviz Hacılı redaksiyamıza bildirib ki, mətbuatın yazdıqlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü tədbirlərə baxmayaraq artıq həmin meşə sahəsində yeni evlərin tikintisi başlayıb. Tikintini aparan fəhlələr işi İcra Hakimiyyətinin sifarişi ilə gördüklərini deyirlər, lakin ərazidə bünövrəsi qoyulan evin konkret kimə məxsus olduğu məlum deyil. Vəkilin təqdim etdiyi fotolardan görünür ki, inşaatın bünövrəsinin içərisində ağaclar qalıb və onların sonradan kəsiləcəyi qaçılmazdır. Habelə bu meşəliyin kimlərə və hansı əsasla satıldığı məlum deyil. Bu ərazidə əsasən imkanlı şəxslərin villaları ucalır.
Nizami rayonunda Suraxanı RİH- i  şam meşəliyində qanunsuz deyib sökdürdüyü evlərin yerində vilların tikintisinə start verib

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + three =