Nikolas Lomberts “Zenit”i tərk edə bilər

0
624

Sankt-Peterburqun “Zenit”” futbol klubunda baş məşqçi dəyişikliyindən sonra bir çox oyunçular komandanı tərk etməyə başlayıblar. Bu baxımdan “Zenit”in belçikalı müdafiəçisi Nikolas Lomberts də Rusiyanı tərk etməyə hazırlaşır. Bununla əlaqədar Belçikanın “Voetbalkrant” nəşrinin yazdığına görə, “Zenit”in baş məşqçisi Luçesku razılıq verəcəyi halda Lomberts yeni mövsümdən etibarən yenidən doğma vətəndə “Anderlex”t komandasında oynaya bilər. Bununla əlaqədar Belçika mətbuatının yazdığına görə, “Anderlext” komandasının idman direktoru German van Holsbek hazırda Sankt-Peterburqda “Zenit” rəhbərliyi ılə danışıqlar aparır. Öz növbəsində Lombertsin agenti Santuş Verxulst Rusiyanın ” Sportu Den sa Dnem” nəşrinə verdiyi açıqlamasında Holsbekin Lombertsin transferi ilə bağlı hər hansı danışıqlar aparmadığını bəyan edib Santuş Verxulst: “Holsbek hələlik Zenit” rəhbərliyi ilə danışıqlar aparmır. Ancaq “Anderlext” rəhbərliyi Lombertsin transferi ilə bağlı qarşı tərəfə təklif etməyə hazırlaşır. Amma Lombertsin transferi heç də asan olmayacaq. Çünki Lombertsi “Beşiktaş” və “Qalatasaray” da transfer etmək istəyir”,- deyib.

Hazırladı: Əziz Mustafa

BIR CAVAB BURAXIN