Nikola Maduro Papadan kömək istəyib

0
378

Venesuela prezidenti Nikolas Maduro Roma papası Fransiskoya yardım xahişi ilə müraciət edib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə SkyTG24 telekanalının yaydığı məlumatda deyilir. Nikolas Maduro papaya müraciətində ondan ölkədəki vəziyyətlə bağlı tərəflər arasında dialoqun başladılmasına yardım etməsini istəyib: “Mən Frtansiskoya məktub göndərmişəm, məktub ya yoldadır, ya da artıq ona çatdırılmış olar. Mən papadan xahiş etmişəm ki, bizə dialoqa başlamaq məsələsində bütün imkanları ilə yardım etsin. Əminəm ki, mən papadan müsbət cavab alacağam”.