Nigeriyada ABŞ əsgərlərinə hücum – 3 ölü, 2 yaralı

0
593

Nigeriyada ABŞ əsgərlərinə hücum

Nigeriyanın cənub-qərbində ABŞ  hərbçilərinə hücum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata əsasən, hücum Nigeriyanın paytaxtından 190 km şimalda Mali ilə sərhəd yaxınlığında baş verib. Nəticədə 3 əsgər ölüb, daha 2 hərbçi isə yaralanıb.

“Associated Press”in məlumatına görə, ölən hərbçilər ABŞ quru qoşunlarının xüsusi təyinatlı bölməsinin əsgərləri olub. Yaralıların vəziyyətinin isə stabil olduğu bildirilir. Hərbçilərin “Əl Qaidə”nin hücumuna məruz qaldığı güman edilir.

BIR CAVAB BURAXIN