Niderland kiberhücuma görə 4 rusu ölkədən qovub

0
244

 

Niderlandın Kəşfiyyat və Hərbi Təhlükəsizlik Xidməti əməkdaşları Kimyəvi silahın qadağan edilməsi təşkilatına qarşı kiberhücumların qarşısını alıb.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə mətbuat konfransında Niderland Müdafiə naziri Ank Beyleveld məlumat verib. Onun sözlərinə görə kiber hücum aprelin 13-də baş verib. Rusiya Xüsusi xidmət orqanlarının əməkdaşları Kimyəvi Silahın Qadağan Edilməsi Təşkilatının şəbəkəsinə daxil olmağa cəhd ediblər. Hücumun qarşısı alınan zaman onların 4 nəfər rus  olduğu məlum olub. Onların 4-ü də ölkədən çıxarılıb.

Bu arada isə baş verən hadisə ilə bağlı  Rusiyanın Niderlanddakı səfiri Xarici İşlər nazirliyinə çağırılaraq məsələ ilə bağlı onun izahat verməsini istəyiblər. Hələlik Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı iki ölkə arasında yaranan qalmaqala münasibət bildirməyib.

Əziz Mustafa

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 + nineteen =