Neymar: “Mən Messini görəndə qorxdum”

0
542

 

 

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Neymar “Coal” saytına çoxlarını təəccübləndirə biləcək açıqlama verib. O etiraf edib ki, “Barselona” ilk dəfə məşqə çıxanda özü ilə bərabər məşhur futbolçuları, o cümlədən Messi, Xavi, İnyesta, Pike, Danni və Alvesi görəndə həyəcanlanıb: “Mən məşq zamanı ilk dəfə Messini və digər futbolçuları görəndə xeyli qorxdum. Mən soyunub-geyinmə otağına daxil olanda Messi, Xavi, İnyesta, Pike, Danni və Alves orada idilər. Bu oyunçular mənim kumirim idilər. İlk vaxtlar mənə çox çətin idi. Ancaq Alves komandaya adaptasiya olmağıma yardım etdi. Mən öz oyuynumu tapmağıma və komandaya uyğunlaşmağma görə ilk növbədə ona borcluyam”.

Qeyd edək ki, Neymar 2013-cü ildən “Barselona”da oynayır.

BIR CAVAB BURAXIN