Neymar yaxın iki ayda yaşıl meydanlara çıxa və top qova bilməyəcək.
Mediainfo.az-ın sports.ru-ya istinadən verdiyi xəbərə görə, PSJ-nın braziliyalı ulduz oyunçusu Neymar ciddi zədələnib.
Futbolçunu müayinə edən həkimlərin gəldiyi qənaətə görə, Neymar 10 həftə PSJ-nin heyətində oyunlara çıxa bilməyəcək. Neymarın yaşıl meydanlardan kənarda qalması isə PSJ-nin Çempionlar liqasındakı oyunlarında hücum xəttinin zəifləməsi hesab edilir.